Avropa çempionatında çıxış edəcək azərbaycanlıların adları - FOTOLAR

21 Sentyabr 2021 01:10 Digər növlər 578
Avropa çempionatında çıxış edəcək azərbaycanlıların adları - FOTOLAR

Sportinfo.az xəbər verir ki, sentyabrın 29-da İtaliyanın Pezaro şəhərində keçiriləcək akrobatika üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beş gün davam edəcək yarışda 7 idmançı çıxış edəcək.

Raziyə Seyidli və Ağasif Rəhimov qarışıq cütlük proqramında çıxış edəcək. Qadın qrupunda Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə, kişi cütlüyü proqramında Daniel Abbasov və Murad Rəfiyev mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda