Azərbaycan daha 2 bürünc qazandı - MDB Oyunlarında

8 Sentyabr 2021 15:20 Digər növlər 611
Azərbaycan daha 2 bürünc qazandı - MDB Oyunlarında

Azərbaycan Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında daha iki bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, oğlanlar və qızlardan ibarət stolüstü tennis üzrə milli komandalar yarışda üçüncü yeri tutub.

Oğlanlardan ibarət yığmanın tərkibində Adil Əhmədzadə, Emin Məmmədov, Vəzir Allahverdiyev və İbrahim Məhəmməd Ansari yer alıb.

Qadınlarda isə Ləman Abdulhəmidova, Aylin Əsgərova, Nəzakət Qarayeva və Mərziyyə Nurmətova MDB Oyunlarında mübarizə aparıb.

Oğlanlardan ibarət yığma yarımfinalda Belarusa 0:3 hesabı ilə məğlub olub. Qızlardan ibarət kollektiv isə eyni raundda Rusiyaya uduzaraq finala yüksələ bilməyib - 0:3.

Digər Xəbərlər
Xəbər Lenti