"Mənə xərçəng diaqnozu qoyulandan sonra..." - FOTO

19 May 2020 09:28 Cüdo 880
"Mənə xərçəng diaqnozu qoyulandan sonra..." - FOTO

Sloveniyalı cüdoçu Anya Stanqar ağır xəstəliyə tutulub.

Sportinfo.az xəbər verir ki, bu barədə 24 yaşlı idmançı sosial şəbəkə hesabında yazıb.

Stanqarın sözlərinə görə, onda xərçəng xəstəliyi aşkarlanıb. Artıq ilk kimyaterapiya kursunu keçən cüdoçu bildirib ki, bu dəfə daxilindəki rəqiblə mübarizə aparır:

"Xərçəng diaqnozu qoyulandan sonra prioritetlərim dərhal dəyişdi. Bu, həyatımdakı ən vacib döyüşdür. İnanıram ki, arzuolunmaz hüceyrələrə qarşı mübarizəni qazanıb, onları məhv edə biləcəyəm".

Anya Stanqar 2017-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-pridə və Bakıdakı Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”