"Avropada himnimizi səsləndirmək böyük qürur hissidir"

08:10 Cüdo 89
"Avropada himnimizi səsləndirmək böyük qürur hissidir"

Cüdo üzrə Avropa çempionatında qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq və Azərbaycanın Dövlət Himnini səsləndirmək böyük qürur hissidir.

Sportinfo.az xəbər verir ki, bunu Podqoritsada keçirilən turnirdə çempion olan Ayxan Mirzəzadə (60 kq) deyib.

O, yarışdakı çıxışını və qazandığı qələbəni yüksək qiymətləndirib:

"Çempion olduğum üçün çox sevincliyəm. Avropada himnimizi səsləndirmək çox qürurverici bir hissdir. Məşqçilər bizə çox güvənirdilər, inanırdılar. Çox şükür ki, onların inamını və etibarını doğrultduq. Bu yarışa çox ciddi hazırlaşmışdıq. Məqsədimiz çempionluq idi, şükürlər olsun ki, buna nail ola bildik. Başda federasiya rəhbərliyi olmaqla, üzərimdə əziyyəti olan məşqçilərə, həkimlərə və hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Məqsədimiz gələcəkdə təşkil olunacaq dünya çempionatında da bu nəticəni təkrarlayıb çempion olmaqdır".

A.Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının finalında Fransa təmsilçisi Lüsyen Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!