Gənc cüdoçuların Bakı birinciliyinə yekun vuruldu

8 Fevral 2020 15:34 Cüdo 668
Gənc cüdoçuların Bakı birinciliyinə yekun vuruldu

Hövsanda yerləşən FHN İdman Kompleksində keçirilən 21 yaşadək gənclər arasında cüdo üzrə Bakı birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turnirin sonuncu günündə 8 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında qaliblər bəlli olub.

Əmrah Səlimli (60 kq), Elcan Şəfiyev (73 kq), Kamran Novruzov (90 kq), Kənan Nəsibov (+100 kq) oğlanların mübarizəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Qızların yarışında isə Vüsalə Kərimova (48 kq), Vüsalə Hacızadə (57 kq), Rahidə Cavadova (70 kq) və Firuzə Hacıverdiyeva (78+kq) çempion olublar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin medal və diplomları təqdim olunub.

2 gün davam edən Bakı şəhər açıq birinciliyində 25 klubdan 217 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti