COP29

Dünya çempionu kimi Azərbaycana qayıdan - VİDEO

24 May 02:20 Cüdo 703
Dünya çempionu kimi Azərbaycana qayıdan - VİDEO

Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

25 yaşlı idmançı finalda kanadalı Şeydi Əl-Nahası məğlub edərək dünya çempionu olub.

Dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə ilk qızıl medalı Hidayət Heydərov (73 kiloqram) qazandırıb.

Zelim Kotsoyev son 2 dünya çempionatında bürünc medal qazanıb və 2023-cü ildə Avropa çempionu olub.

Dünya cüdo arenasında yüksək səviyyədə çıxış edən Zelim 16 yaşından Azərbaycan milli komandasının üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"