Azərbaycan Cüdo Federasiyası monqollarla vidalaşdı

27 Fevral 2021 17:00 Cüdo 1 587
Azərbaycan Cüdo Federasiyası monqollarla vidalaşdı

Sportinfo.az xəbər verir ki, qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasının üzvü İrina Kindzerska soyadını dəyişdirəcək.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Elmar Babanlı məlumat verib.

E.Babanlı bildirib ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Avropa və dünya çempionatlarının mükafatçısı azərbaycanlı ərinin soyadını götürərək, Əliyeva olacaq.

Federasiya rəsmisi sənədləşmə işləri yoluna qoyulacağı təqdirdə, 30 yaşlı idmançının Tokio Yay Olimpiya Oyunlarında yeni soyadla çıxış edəcəyini diqqətə çatdırıb.

Baş katib rumıniyalı Aleksandra-Larisa Florian (57 kq), həmçinin monqolustanlı Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyankişiq (52 kq) və İçinxorlu Muntsxedev (57 kq) ilə yolların ayrıldığını da söyləyib.

Onun sözlərinə görə, Florian pandemiya dövründə məşqləri üçün əlverişli şəraitin olmaması, Bazarraqça zədələri, Buyankişiq ümidləri döğrultmaması, Muntsxedev isə ailə vəziyyəti ilə əlaqədar yığmada yer almayacaq.

Legionerlərin milliyə heç bir fayda vermədikləri fikri ilə razılaşmayan E.Babanlı onların komandada rəqabəti artırdıqlarını vurğulayıb (report).

İrina Kindzerska 2017-ci il dünya çempionatında və "Minsk 2019" II Avropa Oyunlarında bürünc, 2020-ci il Avropa çempionatında gümüş, 2013-cü il Avropa çempionatında bürünc medala sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq
13 Oktyabr 20:00 Budur, Ukrayna?