Cüdoçularımız ilk günü medalsız başa vurdu - "Böyük Dəbilqə"də

08:00 Cüdo 73
Cüdoçularımız ilk günü medalsız başa vurdu -

Azərbaycan cüdoçuları İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində ilk günü medalsız başa vurublar.

Sportinfo.az xəbər verir ki, Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Əhməd Yusifov (60 kq), Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq) mükafat qazanmaq şansını itiriblər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. "Böyük Dəbilqə" avqustun 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!