Ermənistana getmək istəmirlər - UEFA-ya məktub göndərdilər

30 Dekabr 2023 09:00 Futzal 6 580
Ermənistana getmək istəmirlər - UEFA-ya məktub göndərdilər

Futzal üzrə Çempionlar Liqasının 2023/24 mövsümünün “Dördlər finalı”nın iştirakçıları, İspaniyanın “Palma” və “Barselona”, eləcə də Portuqaliyanın “Benfika” və “Sportinq” klubları “Dördlər finalı”nın Ermənistanın paytaxtı İrəvanda keçirilməsinə qarşı çıxıblar.

Sportinfo.az xəbər verir ki, klublar UEFA futzal yarışlarına cavabdeh olan Loran Morelə kollektiv məktub göndəriblər.

Məktubda UEFA-nın İrəvanın Çempionlar Liqasının finalına ev sahibliyi etməsi ilə bağlı qərarından sonra klublar çaşqınlıqlarını və narahatlıqlarını bölüşüblər.

Finalçılar 5000 kilometr məsafə qət edilməsinin tribunaların doldurulmasına mane olacağını vurğulayıblar.

Fanatların komandalarını dəstəkləmək üçün bu qədər uzaq məsafə qət etməsinin maliyyə və vaxt baxımından itki olacağı vurğulanıb.

Sonda klublara təsir edən qərarlar qəbul edilərkən onların fikirləri nəzərə alınmalı olduğu vurğulanıb.

2023/24 mövsümündə Çempionlar Liqasının "Dördlər finalı" gələn ilin mayında keçiriləcək.

Xəbər Lenti