Fatih Terimin "ən pis" "Qalatasaray"ı

12 Dekabr 2019 18:31 Çempionlar Liqası 1 274
Fatih Terimin "ən pis" "Qalatasaray"ı

Çempionlar Liqasında böyük uğursuzluq yaşayaraq qrup sonuncusu olan "Qalatasaray" Türkiyə mediası tərəfindən kəskin tənqid edilir.

Sportinfo.az xəbər verir ki, türkiyəli həmkarlarımız Fatih Terimin bu komandada baş məşqçi olduğu bütün dövrlərin statistikasını aparıb və məlum olub ki, "Cim-Bom"un "İmperator"un rəhbərliyi altında Çempionar Liqasında ən zəif çıxışı məhz indikidir

Madrid "Real"ı, PSJ və "Brügge" ilə eyni qrupda yer alan "Qalatasaray" keçirdiyi 6 oyundan 4-də uduzub, ikisində isə heç-heçə oynayıb. Bu görüşlərdə qapısından 14 top buraxan Fatih Terimin komandası cəmi bir dəfə qol sevinci yaşayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!