ÇL: Daha 2 komanda 1/8 finala qaldı - NƏTİCƏLƏR

30 Noyabr 2023 02:10 Çempionlar Liqası 537
ÇL: Daha 2 komanda 1/8 finala qaldı - NƏTİCƏLƏR

Bu gün Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları çərçivəsində 8 qarşılaşma baş tutub.

A qrupunda Türkiyə çempionu “Qalatasaray” doğma meydanda İngiltərə nəhəngi “Mançester Yunayted”i qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Günün oyunlarından sonra B qrupunda “Arsenal” və PSV 1/8 finala vəsiqə qazanıblar.

29 noyabr

A qrupu

“Bayern” (Almaniya) – “Kopenhagen” (Danimarka) 0:0

“Qalatasaray” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) 3:3
Qollar: Ziyeş, 29; 62. K.Aktürkoğlu, 71 – Qarnaço, 11. B.Fernandes, 18. Maktominey, 55.

Xal: Bayern – 13. Kopenhagen – 5. Qalatasaray – 5. Mançester Yunayted – 4.

B qrupu

“Sevilya” (İspaniya) – PSV (Niderland) 2:3
Qollar: S.Ramos, 24. En Nesiri, 47 – Saibari, 68. Qudel, 81-öz qapısına. Pepi, 90+2.

“Arsenal” (İngiltərə) – “Lans” (Fransa) 6:0
Qollar: Haverts, 13. Q.Jezus, 21. Saka, 23. Martinelli, 27. Edeqor, 45+1. Jorjinyo, 86-pen.

Xal: Arsenal – 12. PSV – 8. Lans – 5. Sevilya – 2.

C qrupu

“Braqa” (Portuqaliya) – “Union Berlin” (Almaniya) 1:1
Qollar: Djalo, 51 – Qosens, 42.

“Real” (İspaniya) – “Napoli” (İtaliya) 4:2
Qollar: Rodriqo, 11. Bellingem, 22. N.Pas, 84. Xoselu, 90+4 – Simeone, 9. Anqissa, 47.

Xal: Real – 15. Napoli – 7. Braqa – 4. Union Berlin – 2.

D qrupu

“Real Sosyedad” (İspaniya) – “Zalsburq” (Avstriya) 0:0

“Benfika” (Portuqaliya) – “İnter” (İtaliya) 3:3
Qollar: J.Mario, 5; 13; 34 – Arnautoviç, 51. Frattezi, 58. A.Sançes, 72-pen.

Xal: Real Sosyedad – 11. İnter – 11. Zalsburq – 4. Benfika – 1.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…