UEFA bu klubun ÇL-dəki ev oyununun yerini müəyyən etdi

29 İyun 2022 00:10 Çempionlar Liqası 845
UEFA bu klubun ÇL-dəki ev oyununun yerini müəyyən etdi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Şerif" (Moldova) - "Zrinski" (Bosniya və Herseqovina) cavab oyununun məkanı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, görüş Kişinyovdakı "Zimbru" stadionunda oynanılacaq.

UEFA Dnestryanı bölgədə beynəlxalq matçların təşkilinə razılıq verməyib. Səbəb kimi Ukrayna ilə sərhəddə vəziyyətin gərginliyi göstərilib. "Şerif" bu qərarın müvəqqəti olduğuna ümid etdiyini açıqlayıb.

İyulun 12-i oynanılacaq sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!