Avroliqada meydana çıxan Əliyevi 3 qoldan sonra...

03:10 Bizimkilər 75
Avroliqada meydana çıxan Əliyevi 3 qoldan sonra...

Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” (Albaniya) Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Şemrok Rovers”un (İrlandiya) qonağı olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmada İrlandiya klubu 3:1 hesabı ilə qalib gəlib.

Zamiq bu matçda meydana start heyətində çıxıb və 69-cu dəqiqədə - bütün qollar vurulandan sonra əvəzlənib.

Z.Əliyev hərbi xidmət məsələlərinə görə bir müddət idi Azərbaycanı tərk edə bilmirdi.

25 yaşlı müdafiəçi daha sonra bu problemi həll edərək gec də olsa, komandasına qoşula bilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 18:10 Çək və bizə göndər!