Azərbaycan millisinin hücumçusunu transfer etdiklərini açıqladılar

4 Avqust 00:40 Bizimkilər 356
Azərbaycan millisinin hücumçusunu transfer etdiklərini açıqladılar

Rusiya klubu “Soçi” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi transfer etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında bağlanan sözləşmə 2026/2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub.

Şeydayev yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.

O, son olaraq Azərbaycanda “Qarabağ”ın formasını geyinib.

Şeydayev karyerası ərzində "Qarabağ", "Zenit", "Jilina", "Neftçi", "Kocaelispor", "Buriram Yunayted" və digər klubların formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti