Azərbaycan və Türkiyə idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdi

05:00 Bizimkilər 85
Azərbaycan və Türkiyə idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdi

Azərbaycan və Türkiyə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və Türkiyə Gənclər və İdman nazirlikləri arasında mütəxəssis mübadiləsi çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Nazir Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşdə nümayəndə heyətinin üzvləri səfərin ilk günləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Qonaqlar Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Azərbaycan Gimnastika Federasiyası, Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Bakı Atletika Mərkəzi və Azərbaycan İdman Akademiyası ilə tanış olublar.

Səfərin növbəti günlərində isə digər idman obyektləri və qurumlarla tanışlıqlarının davam etdirilməsi nəzərdə tutulur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi