Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 32-ci turun oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, sözügedən komanda evdə “Bilis”lə qarşılaşıb.
“Partizani” bu oyunda 1:1 hesablı heç-heçə ilə kifayətlənib. İsgəndərli meydana start heyətdə çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
Komandasının yeganə qolunu da 19-cu dəqiqədə (penaltidən) azərbaycanlı futbolçu vurub.
Hazırda turnir cədvəlində “Partizani” 45 xalla 5-ci yerdədir.

