Rusiya klubunun azərbaycanlı qapıçısına Premyer Liqadan TƏKLİFLƏR VAR

21 Aprel 00:50 Bizimkilər 1 603
Rusiya klubunun azərbaycanlı qapıçısına Premyer Liqadan TƏKLİFLƏR VAR

Rusiyanın birinci liqa təmsilçisi “SKA-Xabarovsk”un əslən azərbaycanlı qapıçısı İslam İmamov yeni mövsümə yeni komandada başlaya bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, İmamovun Rusiya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-da başa çatacaq.

24 yaşlı futbolçunun xidmətində Premyer Liqa klublarımız maraqlıdır. Mövsüm bitdikdən sonra klublarımızın İmamov üçün mübarizə aparacağı gözlənilir.

Əgər danışıqlar müsbət yekunlaşarsa, İslamın klublarımızdan birinin təklifini dəyərləndirərək, karyerasını Azərbaycanda davam etdirmək istəyinin də olduğu bildirilir.

Həmyerlimiz “Legion-Dinamo”, “İjorets”, “Zvezda”, “Kuban Holdinq” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada