“Sənin üçün bir qazan ləvəngi bişirmişik” - ABŞ-dən VİDEO

20 Aprel 22:40 Bizimkilər 122
“Sənin üçün bir qazan ləvəngi bişirmişik” - ABŞ-dən VİDEO

Azərbaycanlı azarkeşlər “Kolambus Kryu”da (ABŞ) çıxış edən Nəriman Axundzadəyə dəstək olub.

Sportinfo.az xəbər verir ki, onlar MLS liqasının Şərq Konfransının 8-ci turunda “Nyu-Enqland Revolyuşn”la matçda stadionda olublar.

Bu barədə ABŞ-də yaşayan həmyerlimiz Ceyhun Əlizadə instaqram hesabında paylaşım edib.

O, tribunadan isinmə hərəkətlərini yerinə yetirən N.Axundzadəyə səslənərək ona dəstək olacaqlarını bildirib.

C.Əlizadə forvarda “Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” deyərək futbolçu ilə zarafat da edib.

Nərimanın komandası bu görüşdə 1:2 hesabı ilə uduzub. Forvard 88-ci dəqiqədə əvəzetmədən meydana daxil olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 18:10 Çək və bizə göndər!