Albaniyada Superliqanın 26-cı turu keçirilir.
Sportinfo.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" (Tirana)d oğma meydanda millimizin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Əliyev matçı sonadək oynayıb, İsgəndərli isə bütün qollar vurulduqdan sonra, 88-ci dəqiqədə meydanı tərk edib.
Hazırda "Eqnatiya" turnir cədvəlində 46 xalla 3-cü, "Partizani" isə 39 xalla 5-ci pillədə qərarlaşıb.

