Bu mövsüm Çempionlar Liqasınında çıxışı ilə Avropaya səs salan komanda təkcə “Qarabağ” deyil.
“Bude/Qlimt” ilk 6 oyunda cəmi 3 xal qazanmışdı.
Son iki turdakı rəqiblər isə evdə “Mançester Siti”, səfərdə “Atletiko” idi. Norveç çempionu hər iki görüşdə qələbə qazanaraq pley-offa yüksəldi. “Bude/Qlimt”in bəxtinə pley-offda da çətin rəqib - “İnter” düşdü.
Bir çoxları norveçlilərin artıq turnirlə vidalaşacağını düşünürdü. Lakin onlar evdə 3:1 hesablı qələbə qazandı, Milana üstün yollanacaqlar.
“Bude/Qlimt”in Azərbaycanda bir azarkeşi var. Söhbət sosial şəbəkələrdə məşhurlaşan Qurban Hacıyevdən gedir. Qurban ötən il Norveçə - klubun bazasına getmişdi. İndi də belə ehtimal varmı?
Klubla əlaqə saxlayırmı? Norveç təmsilçisi niyə belə uğurludu?
Bu mövsüm “Bude/Qlimt”i “Qarabağ”dan uğurlu saymaq olar?
Sportinfo.az xəbər verir ki, komandanın Azərbaycandakı yeganə fanatı “Futbol+”in suallarını cavablayıb:
“Birinci dəfə klubun bazasına gedəndə dəvət olmuşdu, amma viza dəvəti idi. Maddi tərəfini azarkeşlər həll etmişdi. İ
kinci dəfə də maliyyə həll olunsa, yenə də gedə bilərəm. Bu dəfə dəvətnaməyə ehtiyac olmayacaq, viza işləri bu dəfə asan olacaq.
“Bude/Qlimt”in güclü olmasının səbəbi güclü yarımmüdafiəsi ilə bağlıdı. Həm də universal komandadı.
Qurban Qurbanovdan fərqli, “Bude/Qlimt”in baş məşqçisi rəqibdən asılı olaraq öz prinsipindən daşınır. Evdə, adətən, dominant futbol oynayırlar.
Amma rəqibdən asılı olaraq bu taktika dəyişə də bilir. Məsələn, “İnter” güclü pressinq edirdi. “Bude/Qlimt” buna görə də müdafiədən qısa ötürmələrlə yox, əksər hallarda hava ötürmələri ilə çıxırdı.
Əlbəttə, “Bude/Qlimt” “Qarabağ”dan uğurludu. Çünki qalib gəldiyi rəqiblər daha güclüdü - “Mançester Siti”, “Atletiko”, “İnter”. “Qarabağ”ı aşağılamıram, amma reallıqdı”.

