Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) klub komandaların 2021-ci ilin yanvarından 2025-ci ilin dekabrınadək çıxışlarını əhatə edən dünya klub reytinqini dərc edib.
Sportinfo.az xəbər verir ki, siyahıda 501 klub yer alıb ki, onların sırasında Azərbaycanın 4 təmsilçisi də var.
Bunlar "Qarabağ", "Neftçi", "Zirə" və "Sabah"dır. Onların arasında ən yaxşı göstərici Ağdam təmsilçisinə məxsusdur - 71-ci yer.
501 klubun yer aldığı siyahıda Azərbaycan komandalarının mövqeləri aşağıdakı kimidir:
71. "Qarabağ" - 768,75 xal
375. "Neftçi" - 300 xal
399. "Zirə" - 290,5 xal
411. "Sabah" - 283, 25 xal
Reytinqdə ilk üç yeri müvafiq olaraq "Real" (Madrid) (1753 xal), "Mançester Siti" (1605 xal) və "Flamenqo" (1536 xal) tutur.

