Mahir Emreli: “Daha çox oynamaq, daha çox qol vurmaq istəyirəm"

24 Fevral 00:50 Bizimkilər 425
Mahir Emreli: “Daha çox oynamaq, daha çox qol vurmaq istəyirəm"

Azərbaycan millisinin və “Kayzerslautern”in futbolçusu Mahir Emreli zədəsini sağaldaraq yaşıl meydanlara qayıtması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu 3 aylıq fasilədən sonra II Bundesliqanın 23-cü turu çərçivəsində "Proyssen Munster"lə səfər matçının 88-ci dəqiqəsində meydana daxil olub.

O, görüşdən sonra açıqlamasında deyib:

"Mənim üçün çətin bir dövr idi. Əvvəla, son bir neçə ay ərzində bərpa müddətində mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm.

İndi özümü 85-90 faiz formada hiss edirəm və motivasiyam 100 faizdir. Bu mövsüm daha çox dəqiqə oynamaq və daha çox qol vurmaq istəyirəm".

Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı.

28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!