Mahir 3 ay sonra oyuna çıxdı, “Kayzerslautern" peşman olmadı

00:40 Bizimkilər 152
Mahir 3 ay sonra oyuna çıxdı, “Kayzerslautern" peşman olmadı

Uzun müddətdir zədəli olan Mahir Emreli bu gün "Kayzerslautern"də yaşıl meydanalara geri dönüb.

Sportinfo.az xəbər verir ki, hücumçu II Bundesliqanın 23-cü turu çərçivəsində "Proyssen Munster"lə baş tutan səfər matçında 88-ci dəqiqədə meydana daxil olub.

O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib.

Matç Emrelinin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı.

28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.

"Proyssen Munster" - "Kayzerslautern" 2:3

Qollar: Y.Hoyer, 21, 87 - M.Ritter, 9-pen; 40, N.Bassett, 45+1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 20:00 Çək və bizə göndər!
22 Fevral 02:00 “Onu kim tanımır ki?"