Ağayeva avrokubok matçında UEFA nümayəndəsi olacaq

03:00 Bizimkilər 50
Ağayeva avrokubok matçında UEFA nümayəndəsi olacaq

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Austriya” (Avstriya) – “Sparta” (Çexiya) matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən “Franz-Horr” stadionunda baş tutacaq.

Komandalar arasında Çexiyada keçirilən ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı