UEFA-dan Əliyar Ağayevə daha bir təyinat gəldi

18 Fevral 02:30 Bizimkilər 492
UEFA-dan Əliyar Ağayevə daha bir təyinat gəldi

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

İngiltərəli Styuart Ettuell VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti