Bu ölkədə legioner həyatı yaşayan futbolçumuzun vurduğu beşinci qol - VİDEO

11:00 Bizimkilər 98
Bu ölkədə legioner həyatı yaşayan futbolçumuzun vurduğu beşinci qol - VİDEO

Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya Superliqasında 24-cü turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, onun komandası evdə “Tirana” ilə qarşılaşıb.

“Partizani” bu oyunda 2:0 hesablı qələbə qazanıb. İsgəndərli meydana start heyətdə çıxıb.

Azərbaycanlı yarımmüdafiəçi 37-ci dəqiqədə komandasının ikinci qolunu vurub və 72-ci dəqiqədə əvəzlənib.

O, Albaniya klubunun heyətində ümumilikdə 23 oyun keçirib, 5 qolla yadda qalıb.

Liderdən 12 xal geri qalan "Partizani" 33 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti