Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 24-cü turun oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda evdə “Tirana” ilə qarşılaşıb.
“Partizani” bu oyunda 2:0 hesablı qələbə qazanıb. İsgəndərli meydana start heyətdə çıxıb. Azərbaycanlı yarımmüdafiəçi 37-ci dəqiqədə komandasının ikinci qolunu vurub və 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 33 xalla 5-ci yerdədir.

