Albaniya çempionatında 24-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin şərəfini qoruduğu "Eqnatiya" növbəti matçına çıxıb.
Səfərdə "Vora"nın qonağı olan Zamiqin komandası meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
24 yaşlı mərkəz müdafiəçisi start heyətdə yer alıb. 90-cı dəqiqədə əvəzlənən futbolçumuz oyunun 80-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Bu bərabərlikdən sonra xallarının sayını 43-ə çatdıran "Eqnatiya" turnir cədvəlində 2-ci pillədəki mövqeyini qoruyub saxlayır.

