Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubu “Kayzerslautern”də məşqləri bərpa edib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu artıq iki gündür komandasının ümumi hazırlığında iştirak edir.
Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan həm oyunlardan, həm də komandasının ümumi məşqindən kənarda qalmışdı.
Onun sabah “Qroyter”lə bundesliqa matçında iştirak edib-etməyəcəyi isə hələ məlum deyil.
Emreli bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.




