AFFA-nın önəmli fiquru türkdilli ölkələrin futbol federasiyalarının iclasında

17 May 2024 16:20 Bizimkilər 514
AFFA-nın önəmli fiquru türkdilli ölkələrin futbol federasiyalarının iclasında

Sportinfo.az xəbər verir ki, AFFA-nın Protokol Xidmətinin rəisi Orxan Əhmədov türkdilli ölkələrin futbol federasiyalarının Əməkdaşlıq Şurasının iclasında iştirak edib.

Türkiyə Futbol Federasiyasının saytında yayımlanan xəbərə görə, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresində gerçəkləşib.

Yığıncağa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Türkmənistan, Özbəkistan və Türkiyə futbol federasiyaları qatılıblar. İclasda FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov da iştirak edib.

Türkiyə Futbol Federasiyasının Əməkdaşlıq Şurasına sədrlik etməsi qərara alınıb. Qurum iyunun 1-dən bir il müddətinə bu vəzifəni yerinə yetirəcək (Report).

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda