Azərbaycanlı xanım UEFA-dan növbəti təyinat aldı

2 Aprel 2024 02:20 Bizimkilər 718
Azərbaycanlı xanım UEFA-dan növbəti təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

C liqasının 5-ci qrupu çərçivəsində aprelin 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Görüş Lüksemburqun Eş-sur-Alzet şəhərindəki “Emil Mayrix” stadionunda reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!