COP29

Azərbaycanlı hücumçu Türkiyə klubunda forma geyinə bilməyəcək

1 Dekabr 2023 16:20 Bizimkilər 790
Azərbaycanlı hücumçu Türkiyə klubunda forma geyinə bilməyəcək

Bu gün Türkiyə Super Liqasında 14-cü tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Antalyaspor"u qəbul edəcək.

Qarşılaşma Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Renat bu oyunda komandasına kömək edə bilməyəcək. 24 yaşlı forvard mövsüm ərzində 4 sarı vərəqə aldığı üçün cəzalı durumdadır.

13 turdan sonra 17 xal toplayan "Hatayspor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"