
Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Sivasspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan xalsız ayrılıb – 0:1.
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Konyaspor” hazırda 49 xalla 7-ci pillədə qərarlaşıb.