21 yaşlılardan ibarət yığmaamızın sabiq üzvü, "Aleksandriya"da forma geyinən Emil Mustafayevin yeni mövsümə hansı komandada başlayacağı maraqla gözlənilir.
Məsələ burasındadır ki, futbolçunun xidmətində maraqlı olan klubların sayı az deyil.
Ukrayna və Azərbaycan Premyer Liqasında Mustafayevi transfer etmək istəyən komandalar var.
Bununla bağlı futbolçunun özünə müraciət etdik.
Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən Emil yeni mövsümlə bağlı hələ ki, düşünmədiyini və qarşıdakı oyunlara fokuslandığını bildirib:
"Mövsümün başa çatmasına az qalıb. İndi ancaq qarşıdakı oyunlarını düşünürəm.
Təkliflər barədə fikirləşmirəm. Mövsüm başa çatandan sonra agentimlə danışacağıq.
Azərbaycan və Ukrayna klublarından marağın olduğu xəbərlərini eşitmişəm. Lakin dediyim kimi, bütün fikrim mövsümün qalan oyunlarındadır.
Ondan sonra məsələ haqda düşünmək olar".
“Aleksandriya” 28 turdan sonra 43 xalla 5-ci pillədədir. Mustafayevin komandası son iki turda “Zorya” və “Rux”la qarşılaşacaq.