Daha 3 azərbaycanlı futbolçu İtaliya klubunda

28 May 11:55 Bizimkilər 4 095
Daha 3 azərbaycanlı futbolçu İtaliya klubunda

Üç azərbaycanlı futbolçu sentyabrda İtaliyaya yollanacaq.

Bu barədə Sportinfo.az-a EFA-nın (Europian Football Academy) direktoru və baş məşqçisi Vüsal Mustafayev məlumat verib.

Onun bildirdiyinə görə, klubun yetirməsi olan yeniyetmə və gənclər karyeralarını adıçəkilən ölkədə davam etdirəcəklər.

Bu, EFA ilə «Peruca» arasında aparılan danışıqlar nəticəsində dəqiqləşib. Belə ki, EFA-nın yetirmələri «Peruca»nın nəzdində fəaliyyət göstərən İSM Akademiyasında forma geyinəcəklər.

Son llərdə həyata keçirdiyi müxtəlif layihələrlə Azərbaycanın uşaq futbolunda yeni səhifə açan, müxtəlif beynəlxalq turnirlərdə adından söz etdirən EFA ciddi inkişaf yolu keçməkdədir.

Bu sahə üzrə öncüllərdən olan klub artıq 1 yetirməsini yaxınlarda «Peruca»ya göndərib.

Söhbət 17 yaşlılardan ibarət milliyə də dəvət alan Məsud Əlişanlıdan gedir. Sözügedən yarımmüdafiəçi İtaliyada həm təhsil alır, həm də rəsmi oyunlara çıxır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu