Avropa klubu azərbaycanlı hücumçuya GÜZƏŞTƏ GEDƏCƏK

25 May 2023 12:40 Bizimkilər 1 143
Avropa klubu azərbaycanlı hücumçuya GÜZƏŞTƏ GEDƏCƏK

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrə klubu “Qrasshopper”in 2023/2024 mövsümü öncəsi yay təlim-məşq toplanışına gec qoşulacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli “Blick” nəşri məlumat yayıb.

Bildirilib ki, Super Liqa təmsilçisi mövsümlərarası hazırlığa iyunun 19-da Bazeldə start verəcək.

Lakin Dadaşov da daxil olmaqla, 4 oyunçu toplanışın ilk günlərində düşərgədə olmayacaq. Səbəb isə odur ki, onlar həmin vaxt milli komandalarında yer alacaqlar.

Yəni Dadaşov iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə “Dalğa Arena”da keçiriləcək oyunda Azərbaycan millisinin heyətində olacaq.

Yığma üzvlərinə klubda əlavə bir neçə günlük istirahət veriləcək.

“Qrasshopper” İsveçrə çempionatında sona iki tur qalmış turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”