Azərbaycanlı hücumçu iddialı kluba keçmək üçün… Məşhur "Bild" onu danışdırdı

24 May 2023 14:20 Bizimkilər 1 363
Azərbaycanlı hücumçu iddialı kluba keçmək üçün… Məşhur "Bild" onu danışdırdı

"Şalke-2"nin azərbaycanlı hücumçusu Rüfət Dadaşov komandanı tərk etmə səbəbindən danışıb.

Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, Helzenkirhen təmsilçisinin ikinci komandası millimizin sabiq forvardına yeni müqavilə təklif edib.

Amma Dadaşov daha iddialı klubda oynamaq üçün oradan ayrılıb: "Yenidən yüksək yerlər üçün oynamaq istəyirəm".

O, həmçinin 2017/18 mövsümündə oynadığı “Dinamo”dan ayrıldıqdan sonra həyat yoldaşı və ailəsinin hələ də Berlində yaşadığını açıqlayıb.

Adıçəkilən kluba qayıdan Rüfət keçidini belə şərh edib: “Evimə qayıdıram".

Rüfət Dadaşov yeni mövsümdən əvvəlki komandası olan "Dinamo"(Berlin) ilə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"