Milllimizin üzvü pley-offun ilk oyununda qələbəyə sevindi – Kənardan

24 May 2023 01:50 Bizimkilər 437
Milllimizin üzvü pley-offun ilk oyununda qələbəyə sevindi – Kənardan

Niderland Erediviziyasına sonuncu vəsiqə uğrunda pley-off-a start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyunda Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” “Almere Siti” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

O.C.Kökçü sözügedən görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

Bu komandalar arasında cavab matçı mayın 26-da keçiləcək. İki oyunun nəticəsinə əsasən qalib olacaq komanda növbəti mərhələdə “Venlo” - “Villem II” cütünün güclüsü ilə qarşılaşacaq.

"Eyndhoven" - "Almere Siti" - 1:0
Qol:
Dorenboş, 76

Digər Xəbərlər
Xəbər Lenti