Türkiyə mediasi Mahir Emreli haqda indi də bunları yazır ki…

24 May 2023 00:40 Bizimkilər 4 031
Türkiyə mediasi Mahir Emreli haqda indi də bunları yazır ki…

Türkiyə mətbuatı Superliqanın 36-cı turunun "Sivasspor"la qarşıdakı oyununda "Konyaspor"un hücum xətti müzakirə edərkən Mahir Emreli də diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, "Yeni Haber" millimizin hücumçusunun növbəti turdakı görüşdə hansı mövqedə oynayacağı barədə bunları yazıb:

"Son matçda Aleksandr Stanoyeviç bir müddət cinahda oynamayan Mixalyaka şans verdi. Onun özü də, özündən razı qalmışdı.

"Konyaspor" bu mövsüm ilk dəfə idi topu rəqibə verərək, sürətli əks-hücumlarda oynadı. Onlar topu "Alanyaspor" müdafiəçilərinin arxasından hücumçularına ötürərək qol şansları yaratmağa çalışırdı.

Ona görə də Stanoyeviçin qarşıdakı turda hansı taktikanı seçəcəyi məlum deyil. O, Mahir Emrelini mərkəz hücumçusu kimi oynadacaq, yoxsa cinahda şans verəcək, hələ bilinmir".

“Sivasspor" - "Konyaspor" matçı mayın 30-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti