Cənubi Azərbaycan klubu FİFA-ya “baş vurdu” - Üç şikayətləri var

14:20 Bizimkilər 11 681
Cənubi Azərbaycan klubu FİFA-ya “baş vurdu” - Üç şikayətləri var

"Traktor” İran Futbol Federasiyasından FİFA-ya şikayət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Cənubi Azərbaycan klubu rəsmi şikayətini üç ayrı bölmə üzrə FİFA-nın baş katibinə göndərib. İdarə heyəti üzvlərinin imzası ilə tərtib olunaraq qeydiyyata alınan bu şikayət aşağıdakı istiqamətləri əhatə edir:

1. Fors-major prinsiplərinin pozulması, oyunun təhlükəsizliyinin təmin edilməməsi və intizam işlərinə baxılmasında ədalətin inkarı.

2.“Traktor”a və onun milli komanda üzvü olan oyunçularına qarşı irqi və etnik ayrı-seçkilik xarakterli davranışların davam etməsi, eləcə də məhkəmə orqanlarının ayrı-seçkiliyə qarşı qaydaların icrasında səhlənkarlığı.

3. ərəzsizlik prinsipinin pozulması və Video Köməkçi Hakim (VAR) protokolunun natamam tətbiqi.

Son İran çempionunun sahibi Məhəmmədrza Zünnuzi bir müddət əvvəl bu ayrı-seçkilik davam edərsə, komandanın yarışdan çəkilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti