İsrail - Polşa oyununu azərbaycanlılar idarə edəcək

18 Mart 2023 14:20 Bizimkilər 404
İsrail - Polşa oyununu azərbaycanlılar idarə edəcək

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi ilk oyun bəlli olub.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hakim 6-cı qrupun İsrail - Polşa matçında iş başında olacaq.

Ona Pərvin Talıbov və ingiltərəli Daniel Robathan laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər ingiltərəli Con Brooks yerinə yetirəcək.

Martın 22-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti