Mahir oynadı, komandası son dəqiqədə “Qalatasaray”a qalib gəldi

17 Mart 2023 23:20 Bizimkilər 3 610
Mahir oynadı, komandası son dəqiqədə “Qalatasaray”a qalib gəldi

Millimizin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, o, “Qalatasaray”la ev oyununa “Konyaspor”un start heyətində başlayıb.

15-ci dəqiqədə sarı vərəqə ilə yadda qalan futbolçu 79-cu dəqiqədə əvəzlənib.

Oyunda hesabı qonaqlar açıb. Lakin konyalalılar ikinci hissə geridönüş edərək əzmkar qələbə qazanıblar.

“Qalatasaray” bu matça qədər ardıcıl 14 qələbə qazanmışdı.

“Konyaspor” - “Qalatasaray” 2:1

Qollar: Dikmen, 62, Ulqun, 90+3 - Raşika, 31

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il