Azərbaycanlı futbolçu Polşada məşqçiliyə başladı

16 Mart 2023 23:40 Bizimkilər 1 235
Azərbaycanlı futbolçu Polşada məşqçiliyə başladı

Azərbaycanlı futbolçu ölkə xaricində oynayan məşqçi kimi çalışacaq.

Söhbət hamımızın “İnter”dən (indiki “Şamaxı”) yaxşı tanıdığı Fuad Bayramovdan gedir.

O, Polşada məşqçilik üçün ilk addım sayılan “C” kateqoriyasın əldə edib.

Artıq çalışacağı klub da dəqiqləşib.

28 yaşlı yarımmüdafiəçi Varşavanı təmsil edən “Drukarz” komandasında oynayan məşqçi kimi xidmət edəcək.

Bayramov “İnter”dən başqa ölkəmizdə “Neftçi”, “Şüvəlan” və ölkə xaricində “Rustavi” (Gürcüstan), “Ostroviç” (Polşa) klublarının şərəfin qoruyub.

Təcrübəli oyunçu ölkəmizin bütün aşağı yaş qrup millilərində çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM