“Türkiyə yad ölkə olmadığı üçün bura uyğunlaşmaqda problem yaşamadım”.
Sportinfo.az xəbər verir ki, bunu “Konyaspor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
26 yaşlı hücumçu yerli mətbuat nümayəndələri üçün təşkil edilən mətbuat konfransında “Konyaspor”da qalmaq istəyini gizlətməyib:
“3-4 həftədir ki, Türkiyədəyəm. Düzdür, gələcəyimlə bağlı danışmaq üçün hələ çox tezdir.
Ancaq buradakı istiqanlılığı hiss etdim, gözəl atmosfer içinə düşdüm. İnsanlarla dərhal qaynayıb-qarışa bildim.
Əlbəttə ki, işin futbol tərəfi daha önəmlidir. Hər şey yaxşı olarsa, burada qalmaqla bağlı mövsümün sonunda daha rahat danışa bilərik”.
Müqavilə ilə "Dinamo”ya (Zaqreb) məxsus olan Mahir Emreli qış fasiləsində “Konyaspor”a 6 aylıq icarəyə verilib.

