Mahir "Qalatasaray"a “meydan oxudu”, Konyanı həyacanlandırdı

16 Mart 2023 02:40 Bizimkilər 3 702
Mahir "Qalatasaray"a “meydan oxudu”, Konyanı həyacanlandırdı

"Ümid edirəm ki, "Qalatasaray"ın 14 oyunluq qələbə seriyasını Konyada dayandıracağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray"a qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.

26 yaşlı hücumçu görüşə taktiki məşqlərlə hazırlaşdıqlarını bildirib:

"Artıq qarşılaşmaya köklənmişik. Rəqibimizi tanıyırıq. Çempionatda birinci pillədə qərarlaşıblar. Yaxşı qələbə seriyaları var, amma biz buna son qoya bilərik".

Martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" qarşılaşması saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!