İlham Əliyev: “Ermənistan şansını itirib”

15 Mart 2023 08:10 Bizimkilər 585
İlham Əliyev: “Ermənistan şansını itirib”

“Əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir.

2019-cu ildə bugünkü Ermənistanın baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı bildirib: “Biz 44 günlük Vətən müharibəsində sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Bu nida işarəsini biz 8 noyabr 2020-ci ildə Şuşada qoyduq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM