Azərbaycanlı hakim İsa Məmmədov qadınlar arasında Türkiyə Super Liqasında debüt edib.
Sportinfo.az xəbər verir ki, gənc referi "Ankara Böyükşehir Belediyesi" - "Trabzonspor" oyununun baş hakimi olub.
Paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatan matçda Azərbaycan millisinin iki üzvü meydana çıxıb.
Bunlar Ankara klubundan müdafiəçi Ayşən Əhmədova, qonaq komandadan isə qapıçı Aytac Şərifovadır.
İsa Məmmədov hakimliyə 2021-ci ildə Türkiyənin həvəskar liqasında başlayıb.

