Mahir Emreli ilə türkiyəli jurnalist arasında MARAQLI DİALOQ

14 Mart 2023 12:40 Bizimkilər 1 837
Mahir Emreli ilə türkiyəli jurnalist arasında MARAQLI DİALOQ

"Konyaspor"da çıxış edən Mahir Emreli Türkiyə mətbuatına açıqla verib.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü "konyabakis.com" saytına danışıb.

26 yaşlı forvard tezliklə qələbələrin gələcəyini deyib:

"Hücumda kreativ olmalıyıq. Gec-tez qələbələr və qollar mütləq gələcək. Yeni transferlərlə ilk matçımıza çıxdıq.

Qələbə qazanmaq istəyirdik. Bu da meydanda görünürdü. Müdafiəyə oturmadan hücum futbolu oynadıq.

Deməli, bu mübarizə və bu futbol kifayət etmir. Daha çox çalışıb hücumda kreativ olmalıyıq".

Türk dilində müsahibə verən Mahirin jurnalistə cavabı maraqlı olub. O, ailəsində də türkcə danışdığını bildirib:

"Mən zatən türkəm. Bunu deməyimə ehtiyac yoxdur. Biz ailədə də türkcə danışırıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM