Azərbaycan millisinin forvardından 7-ci qol - VİDEO

14 Mart 2023 11:00 Bizimkilər 553
Azərbaycan millisinin forvardından 7-ci qol - VİDEO

İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Vintertur”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 41-ci dəqiqədə vurduğu qolla hesabı açan Renat 90+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bu, Renatın Superliqadakı 7-ci qolu olub.

Qrasshopper” 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!