FOTO: Azərbaycanlı futbolçu Türkiyə klubunda – SON DƏQİQƏ

13 Mart 2023 15:00 Bizimkilər 2 444
FOTO: Azərbaycanlı futbolçu Türkiyə klubunda – SON DƏQİQƏ

«Alanyaspor» azərbaycanlı futbolçu Osman Ramazanlını baxışa çağırıb.

«Qəbələ»nin yetirməsi bir müddətdir Türkiyə klubunun düşərgəsində yer alıb.

18 yaşlı həmyerlimiz yoxlanışın geridə qalan günlərində yaxşı təsir bağışlayıb.

Super Liqa təmsilçisi həm hücumun mərkəzində, həm də yarımmüdafiənin hər iki cinahındap oynamağı bacaran Ramazanlıya uzunmüddətli müqavilə təklif edib.

Osman qardaş ölkəyə yollanmazdan öncə Azərbaycanın Həvəskarlar Liqasında çıxış eləyib. O, burada ROFM FK-nın formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti